Главная > İqtisadiyyat > Azərbaycan-Belarus işgüzar görüşü keçirilib
Azərbaycan-Belarus işgüzar görüşü keçirilib8-12-2017, 20:00. Разместил: yeni321 |
Azərbaycan-Belarus işgüzar görüşü keçirilib İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus işgüzar görüşü keçirilib. Tədbirdə Azərbaycan və Belarusdan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, əczaçılıq, İKT, konsaltinq, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.SİA-nın məlumatına görə, AZPROMO-nun prezidenti Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Belarus iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.Belarusun Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy Azərbaycan iqtisadiyyatına Belarusda marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. Qoy Meçislav yeni biznes əlaqələrinin qurulması baxımından işgüzar görüşlərin əhəmiyyətini diqqətə çatdırıb, hər iki ölkənin iş adamlarını fəal əməkdaşlığa dəvət edib.Belarusun Ticarət-Sənaye Palatasının Qrodno şəhəri üzrə rəhbəri Miçeslav Kostyuk Azərbaycan və Belarusun işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.İşgüzar görüşdə Qrodno vilayətinə dair video-çarx nümayiş olunub.Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.sia.az Вернуться назад |