Главная > İqtisadiyyat > Prezident “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində, “Suraxanı” tanker-muzeyinin, “Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışlarında iştirak edib

Prezident “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində, “Suraxanı” tanker-muzeyinin, “Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışlarında iştirak edib


1-03-2021, 15:49. Разместил: yeni321
 
Prezident İlham Əliyev “Ro-Pax” tipli Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində, “Suraxanı” tanker-muzeyinin, “Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışlarında iştirak edib

Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində, “Suraxanı” tanker-muzeyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışlarında iştirak ediblər.

Prezident İlham Əliyev “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak edib

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak etdilər.
Məlumat verildi ki, “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.
Prezident İlham Əliyev “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınmasını bildirən düyməni basdı.
Birinci xanım Mehriban Əliyeva gəminin suya salınmasını bildirən rəmzi lenti kəsdi.
X X X
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak etdilər.
Dövlətimizin başçısına və birinci xanıma “Azərbaycan” gəmi-bərəsi barədə məlumat verildi. Bildirildi ki, nadirliyi ilə seçilən bu layihə çərçivəsində ilk dəfə Xəzərdə yeni “Ro-Pax” tipli gəmi-bərələr istismara veriləcək.
Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən düyməni basdı.
Diqqətə çatdırıldı ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Bildirildi ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib.

Prezident İlham Əliyev Bakıda “Suraxanı” tanker-muzeyin açılışında iştirak edib

Martın 1-də Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub.
Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Ölkəmizdə gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində də bir sıra layihələr həyata keçirilib. Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən “Suraxanı” tanker-muzeyinin yaradılması dövlətimizin başçısının dəstəyi ilə bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində “Suraxanı” tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.
Dövlətimizin başçısına və birinci xanıma fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyası barədə də məlumat verildi. Bildirildi ki, əsərin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı isə Əməkdar memar Elxan Əsədovdur. Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib.

Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib

Martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Yeni inzibati bina ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada ölkəmizdə dənizçilik peşəsinin qədimliyini əyani vasitələr, interaktiv təqdimatlarla ziyarətçilərə çatdıran “Üç əsrin şahidi” adlı muzey də yerləşir. Binanın inşası zamanı həm eskteryerdə, həm də interyerdə dənizçilik rəmzlərindən geniş istifadə olunub. Müasir texnoloji sistemlərlə təchiz olunmuş binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.


 
 шаблоны для dle 11.2
Вернуться назад