Главная > İqtisadiyyat > Masallı şəhərində abadlıq işləri davam edir

Masallı şəhərində abadlıq işləri davam edir


15-03-2021, 12:33. Разместил: yeni321
Masallı şəhərində abadlıq işləri davam edir 

2021-ci il üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına Masallı şəhəri ərazisində ümumi uzunluğu 9 kilometrə yaxın 22 küçənin asfalt təmiri işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq ilkin smeta sənədləri hazırlanmış və elektron portal üzərindən keçiriləcək tenderin nəticəsinə uyğun olaraq qalib podratçı şirkət tərəfindən asfalt örtüyünün döşənməsinə başlanacaq.
Nəzərdə tutulmuş 22 küçədə 38000 kvadratmetr asfalt ötrüyünün döşənməsi həyata keçiriləcək. Bundan əlavə olaraq şəhər küçələrində abadlıq-quruculuq işləri üçün qüsur aktları tərtib edilmiş, smeta sənədlərinin hazırlanmasına başlanıl;b.
Şəhərin Heydər Əliyev prospekti, Səməd Vurğun, Elşad Hüseynov, Dadva, Zərifə Əliyeva və Məhəmməd Füzuli küçələrində yenidənqurma işləri həyata keçiriləcək.
Hazırda şəhərin mərkəzi hissəsində yerləşən Azərbaycan, Qarabağ, Dadva, Zərifə Əliyeva və Həzi Aslanov küçələrində elektrik dirəklərinə bəzək işıqları quraşdırıl;b. Həftə ərzində Heydər Əliyev prospekti boyu işıq dirəklərinə bəzək elementlərinin quraşdırılmasına başlanacaq.


 
www.yeniheyet.az

 

 
 шаблоны для dle 11.2
Вернуться назад