Главная > İqtisadiyyat > Masallının Yeddioymaq, Şıxlar və Təzəkənd ərazilərində abadlıq işləri

Masallının Yeddioymaq, Şıxlar və Təzəkənd ərazilərində abadlıq işləri


31-03-2021, 12:37. Разместил: yeni321
Masallının Yeddioymaq, Şıxlar və Təzəkənd ərazilərində abadlıq işləri 

Yeddioymaq ərazisində abadlıq-quruculuq işləri sürətlənir
Masallı rayonunun Yeddioymaq ərazisində abadlıq-quruculuq işləri gündən-günə sürətlənir.
Belə ki, ərazidəki kəndlərin mərkəzi və kəndara yollarına çınqıl döşənib, yol kənarları kollardan, məişət tullantılarından təmizlənib, ağaclara, güllərə qulluq edilib. Görülmüş bütün işlər karantin rejiminin tələblərinə riayət olunmaqla aparaılıb, təzə ağaclar əkilib, qurumuş ağaclar yeniləri ilə əvəz olunub.
Bütün bu işlərdə ərazi sakinləri, gənclər, xeyirxah iş adamları yüksək fəallıq nümunəsi göstərirlər.

Şıxlar ərazisində abadlıq işləri davam etdirilir 
 Şıxlar ərazisində də abdlıq-quruculuq işləri sürətlə davam etdirilir.
Ərazinin xeyriyyəçiləri və sakinlərinin birgə fəaliyyəti nəticəsində vəsait toplanaraq kəndara yolları, məhəllədaxili küçələrə çınqıl döşənərək hamarlanır, eyni zamandada mərkəzi küçələrin kənarında ağacəkmə kampaniyaları keçirilərək yaşıl hasarlar salınır.
 
Təzəkənd ərazisində abadlıq işləri davam etdirilir 
Təzəkənd ərazisinin xeyriyyəçiləri, sakinlərinin, idarə , müəssisə və təşkilatların əməkdaşlarının birgə fəaliyyəti nəticəsində vəsait toplanaraq kəndara yolları, məhəllədaxili küçələrə qum döşənərək hamarlanır, kəndin girişindəki tanıtım lövhəsində restavrizasiya işləri aparılır.
Bundan əlavə yol kənarlarında ağacəkmə kampaniyaları keçirilərək yaşıl hasarlar salınır. İlkin mərhələdə 500 metr məsafədə şam ağacları əkilib.
Rayonun əksər ərazilərində abadlıq işlərinə könüllü qoşulanların sayı günü-gündən artır.
 
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад