Главная > İqtisadiyyat > Masallı rayonunda mövcud demoqrafik vəziyyət

Masallı rayonunda mövcud demoqrafik vəziyyət


1-04-2021, 18:54. Разместил: yeni321
Masallı rayonunda mövcud demoqrafik vəziyyət 

2021-ci ilin əvvəlinə Masallı rayon əhalisinin sayı 228977 nəfər olmuşdur. Əhalinin 51907 nəfəri və ya 22,7 faizi şəhər, 177070 nəfəri və ya 77,3 faizi kənd yerlərində yaşayır. Əhalinin 116408 nəfəri (50,8 faizi) kişilərdən, 112569 nəfəri isə (49,2 faizi) qadınlardan ibarətdir.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə əhalinin 16530 nəfər və ya 7,2 faizini 0-4 yaşadək (8880 nəfər kişi,7650 nəfəri qadın), 21617 nəfər və ya 9,5 faizini 5-9 yaşadək (11703 nəfər kişi , 9914 nəfəri qadın), 18555 nəfər və ya 8,1 faizini 10-14 yaşadək (10241 nəfər kişi ,8314 nəfər qadın),15195 nəfər və ya 6,7 faizini 15-19 yaşadək (8193 nəfər kişi ,7002 nəfər qadınlar), 16663 nəfər və ya 7,3 faizini 20-24 yaşadək (8805 nəfər kişi ,7858 nəfər qadın), 20476 nəfər və ya 8,9 faizini 25-29 yaşadək (10650 nəfər kişi, 9826 nəfər qadın), 20178 nəfər və ya 8,8 faizini 30-34 yaşadək (10230 nəfər kişi ,9948 nəfər qadın), 15773 nəfər və ya 6,9 faizini 40-44 yaşadək (8017 nəfər kişi, 7756 nəfər qadın), 14445 nəfər və ya 6,3 faizini 45-49 yaşadək (7083 nəfər kişi ,7362 nəfəri qadın), 14640 nəfər və ya 6,4 faizini 50-54 yaşadək (7048 nəfər kişi, 7592 nəfəri qadın), 12879 nəfər və ya 5,6 faizini 55-59 yaşadək (6047 nəfər kişi, 6832 nəfəri qadın), 10580 nəfər və ya 4,6 faizini 60-64 yaşadək (4801 nəfər kişi, 5779 nəfəri qadın), 5876 nəfər və ya 2,6 faizini 65-69 yaşadək (2663 nəfər kişi, 3213 nəfəri qadın), 7882 nəfər və ya 3,4 faizini 70-99 yaşadək (2963 nəfər kişi, 4919 nəfəri qadın), 19 nəfər 100+ yaşadək (1 nəfər kişi,18 nəfər qadın) təşkil edir.

www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад