Главная > İqtisadiyyat / Səhiyyə / Aqrar > Masallıda növbəti onlayn müşavirə keçirilib

Masallıda növbəti onlayn müşavirə keçirilib


3-05-2021, 20:00. Разместил: yeni321
Masallıda növbəti onlayn müşavirə keçirilib 

Mayın 3-də Masallıda keçirilən videomüşavirədə qarşıda duran vəzifələr müzakirə olunub.
Əvvəlcə müşavirə iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Onlayn tədbirdə Masallı Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Videomüşavirəni giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov rayon rəhbəri Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Sonra o, qeyd edib ki, ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.-Vaksinləşmədə ikinci dozanın vurulması da məsul mərhələdir. Bu, həkimin qeyd etdiyi müddətdə, təxirəsalnmaz qaydada həyata keçirilməlidir.
M.Hüseynov məsələnin ciddiliyini və məsuliyyətini tədbir iştirakçılarının nəzərinə çatdıraraq, ölkədə pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olduğunu, hər bir vətəndaşın sağlamlığının ölkə üçün prioriret təşkil etdiyini bildirib. O, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu ümumrayon kampaniyasında hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.
Videomüşavirədə başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev, RTŞ-in müdiri Tariyel Əkbərov mövzu ətrafında çıxışlarda bildiriblər ki, koronavirusa (COVİD-19) qarşı vaksinləşmə prosesinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi üçün bu işdə şəhər, kənd və qəsəbə ərazilərində fəaliyyət göstərən ictimaiyyət nümayəndələrindən istifadə olunmalıdır.
Masallı DAİM-in direktoru Seymur Nuriyev çıxışında, əsasən baramaçılıqla bağlı mühüm sahəni təqdir edərək, bu sahədə görülən işlər barədə geniş məlumat verib. O, rayona gətiriləcək barama qurdu qutularının optimal müddədtə paylanması və bəslənilməsini ön plana çəkib, bu işdə kümçülərin məsuliyyətli, iqtsadi baxımdan xeyirli olmasını və bir ay müddət ərzində zəhmət tələb edən sahəyə rayondakı hazırlıqdan söhbət açıb.
Görüşün sonunda Masallı RİH başçısının birinci müavini M.Hüseynov əhali arasında vaksinləşmə prosesinin mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədi ilə aidiyyəti qurumlarla daha sıx şəkildə işlənilməli olduğunu qeyd edərək, bu istiqamətdə tapşırıqlarını verib.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад