Главная > İqtisadiyyat / Aqrar > MASALLIDA KƏND TƏSƏRRÜFATI ...

MASALLIDA KƏND TƏSƏRRÜFATI ...


4-05-2021, 12:24. Разместил: yeni321
Çəltik əkininə hazırlıq 
Bütün zamanlarda çəltikçilik təcrübəsinə malik olan Masallı rayonunda ötən il əkilib-becərilən 253,9 hektar sahədən 868 ton, hər hektardan 34,2 sentner məhsul toplamağa müvəffəq olan kənd əməkçiləri, cari ildə 260 hektar sahədə çəltik əkməyi proqnozlaşdırırlar. Artıq çəltik əkiləcək sahələrdən 100 hektara yaxını əkinə hazırlanmışdır.
Rayonda çəltikçiliyə önəm verilməsi ilbəil yaxşılaşır. Odur ki, yeni mövsümdə ərazilərdə 260 hektar sahədə çəltik əkilməsi planlaşdırılıb.
İndi əkinə hazırlıq işlərinə başlanıb. Torpaq hamarlanır, ləklər qurulur, toxum cücərdilir.
Bu il ən məhsuldar “Apollo”, “Haşimi”, “Okean”, «Sədri» və «Şirudi» növləri yetişdiriləcək.
Çəltik əkinləri üçün Viləşçay SAİİ ilə razılaşdırılmaqla su mənbələrinə yaxın kompakt ərazilər müəyyən edilmişdir.

Barama mövsümü başlayır 
  Masallı baramaçıları cari mövsümə ciddi hazırlıq görmüşlər
Rayonda barama bəslənəcək otaqlarda dezinfeksiya işlərinə təkrar baxış, kümçülər üçün səyyar təlimlər keçirilib.
Hişkədərə, Qızılağac, Miyankü, Çaxırlı, Qarğalıq ərazilərində hazırlıq tam başa çatıb.
Masallı kümçüləri bu mövsümdə 140 qutu barama qurdu bəsləyəcəklər.

Çay plantasiyalarında yaz becərməsi  
 “Azərsun” holdinq kollektivi Kolatanın Sığaçola deyilən sahəsindəki çay plantasiyasında yaz becərməsini davam etdirir, məhsul yığımına, kolların suvarılmasına hazırlıq görür.
Keçən il sahələrdən 10 tondan çox yaşıl çay yarpağı dərən şirkət bu il uğurları daha da artırmaq həvəsilə çalışır.

Pomidor əkini sürətlənir 

  Masallı rayonunda pomidor əkini sürətlə davam edir.
Tərəvəz ustaları indiyə kimi 400 hektardan çox sahəyə keyfiyyətli şitil köçürmüşlər.
Masallı DAİM-in bitkiçilik sektorunun müdiri Fərasət Mikayılov bildirmişdir ki, Sərçuvar, Gəyəçöl, Qızılağac, Şərəfə kəndləri ərazilərinin fermerləri əkini başa çatdırmaqdadırlar.
Hazırda əkinlə yanaşı bitkilərin suvarılması da davam etdirilir. Sonra birinci becərməyə başlanacaqdır.


Bol məhsul uğrunda
 
Göyəçöl kəndində Sərraf Abıyev 2 hektar sahədə çiyələk yetişdirir. Keçən il sahələrdən nübar məhsul yığan fermer bu il bol çiyələk götürmək uğrunda çalışır. Kollektiv bir neçə gündən sonra sahələrdən kütləvi məhsul yığımına başlayacaq. İndi kütləvi yığıma, sahələrin suvarılmasına hazırlıq işləri görülür.



 Mahmudavarda portağal bağı salınır
 Mahmudavar bələdiyyəsinin sədri Əfqan Babayev bir hektar sahəni portağal əkininə hazırlayıb. Bələdiyyə sədrindən aldığımız məlumata görə artıq əkin başlayıb. Bir neçə gün ərzində Astara rayonundan gətirilmiş 400 dibçək ikiillik portağal tingi sahələrə köçürülmüşdür. Sitrusçular daha 400 dibçək portağal tingi əkəcəklər.
 

www.yeniheyet.az  шаблоны для dle 11.2
Вернуться назад