Главная > İqtisadiyyat > Masallı şəhərində abadlıq işləri davam edir

Masallı şəhərində abadlıq işləri davam edir


6-05-2021, 20:16. Разместил: yeni321
Masallı şəhərində abadlıq işləri davam edir 

Masallı şəhərində küçə, park və xiyabanlarda abadlıq, səliqə-sahman işləri davam edir.
Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məsləhətçisi Mahir Ağayevdən aldığımız məlumatda bildirilir ki, hazırda şəhərin Qarabağ küçəsində abadlıq, səliqə-sahman və təmir işləri sürətlə davam etdirilir. Burada yol xətləri yenilənir, bardürlar rənglənir, Heydər Əliyev parkının hasarındakı ağlay üzlük daşları cilalanıb təmizlənir, giriş qapısı sahmana salınır.
Qəhrəmanlar parkındakı abidədə yenidənqurma işləri tamamlanıb. Burada Masallı şəhidlərinin adları mərmər lövhədə yer alıb. Məlumatda qeyd olunur ki, bu il şəhərin 22 küçəsinin abadlaşdırılması – asfaltlanma işlərinin aparılması və işıqlandırma yenilənəcəkdir. 12 küçədə səkilərin yenidən qurulması, işıqlanma və hasarların yenilənməsi nəzərdə tutulmuşdur.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад