Главная > İqtisadiyyat / Aqrar > Masallıda çay dəriminə start verilib

Masallıda çay dəriminə start verilib


18-05-2021, 16:30. Разместил: yeni321
Masallıda çay dəriminə start verilib
 
“Azərsun Holdinq” şirkəti Kolatan ərazisinin Sığaçola deyilən sahəsində yaşıl çay yarpağı dəriminə başlayıb. “Yaşıl qızıl” ustaları cari mövsümdə də məhsul yığımına həvəslə başlamışlar. May ayının 13-dən bəri plantasiyalardan 3 tona yaxın yaşıl çay yarpağı yığılıb Lənkərandakı emal müəssisəsinə göndərilmişdir.
Şirkətin Lənkəran çay fabrikindəki nümayəndəsi Altay Abbasovun verdiyi məlumatda bildirilir ki, bu il 100 hektar sahədə yaşıl kollara yüksək aqrotexniki xidmət göstərildiyindən bol məhsul gözlənilir.
Qeyd edək ki, kollektiv ötən mövsümdə fabriklərə 10 tona yaxın yaşıl çay yarpağı təhvil vermişdir.

Həsənağa Əliyev,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад