Главная > İqtisadiyyat / Aqrar > MASALLI – Ot biçilir, kartof yığımına başlanıb
MASALLI – Ot biçilir, kartof yığımına başlanıb22-05-2021, 11:02. Разместил: yeni321 |
Ot biçini davam edir Böyük heyvandarlıq rayonlarından olan Masallıda hər il xeyli qaba və şirəli yemlər tədarük olunur. Bu da rayonda heyvandarlığın inkişafını, ət və süd məhsullarının bolluğunu təmin edir. Hər il rayonda bol və keyfiyyətli qaba yem tədarükü üçün 6600 hektardan çox sahədə ot biçilir. Mövsümü vaxtında başa çatdırmaq üçün biçənəklərə təkərli traktorlar, otçalanlar, dırmıq və otbağlayanlar saz halda çıxarılır. Bu il də ot biçininə geniş hazırlıqdan sonra başlanıb. İndiyə kimi 3 min hektardan çox sahənin otu biçilib, bağlanıb daşınmışdır. Kartof yığımına başlanıb Masallı fermerləri bu il 838 hektardan çox sahədə məhsul yetişdiriblər. Bu günlərdə kartof yığımına start verilib. Təzə Alvadı fermerləri yığıma ilkin başlamış, qısa müddətdə bazarlara 15 tondan çox nübar məhsul göndərmişlər. Badımcan yığılır Xırmandalı ərazisində badımcan yığılır. Fermerlər bu il 200 hektar sahədə örtük altında badımcan yetişdirmişlər. Rasim Ramazanov, Xaləddin Abbasov, Şahsuvar Əhmədov məhsul yığımına ilkin başlamışlar. Masallı RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifov bildirmişdir ki, fermerlər bir neçə gündə bazarlara 500 kiloqramdan çox nübar məhsul göndərmişlər. www.yeniheyet.az Вернуться назад |