Главная > İqtisadiyyat / Aqrar > Masallıda rayon rəhbəri kəndlərdə barama ilə bağlı görülmüş işlərlə tanış olub

Masallıda rayon rəhbəri kəndlərdə barama ilə bağlı görülmüş işlərlə tanış olub


25-05-2021, 16:25. Разместил: yeni321

Masallıda rayon rəhbəri kəndlərdə barama ilə bağlı görülmüş işlərlə tanış olub

 Masallı rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı davamlı tədbirlərlə həyata keçirilir.
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamının icrası ilə əlaqədar olaraq rayonda məqsədyönlü işlər görülür, ölkə başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Masallı rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə müsbət təsirini göstərməkdədir.
Bunun nəticəsidir ki, rayonda barama istehsalına maraq ildən-ilə artır. Kümdarlar yaxşı bilirlər ki, barama becərmək xeyirlidir, az müddətdə əməkçi insan xeyli miqdarda pul qazanır.
Mayın 25-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rayonda ipəkqurdu paylanılmış Ərkivan və Boradigah qəsəbələrində, Hişkədərə, Miyankü və Tüklə kəndlərində olub, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə maraqlanıb. Rayonun icra başçısı ilə işgüzar şəraitdə görüşən kümdarlardan Mirnuh Əliyev, Həqiqət Muradova, Kəbirə Əliyeva, Zöhrə Abbasova, Tərifə Babayeva, Vüqar Ağyev və başqaları optimal müddətdə çətin və məsul işin öhdəsindən ləyaqətlə gəlməyə söz veriblər.
Təcrübəli və gənc kümçülərlə ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici söhbətlər aparılıb.
Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir.
Kümçülər bildirib ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biz rayon baramaçılarının bu sahəyə olan marağını xeyli artırıb.
Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı tapşırıq və tövsiyələrini verib.


 
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад