Главная > İqtisadiyyat / Aqrar > Masallıda rayon rəhbəri Kolatan kənd kümçülərilə görüşüb

Masallıda rayon rəhbəri Kolatan kənd kümçülərilə görüşüb


27-05-2021, 20:41. Разместил: yeni321
Masallıda rayon rəhbəri Kolatan kənd kümçülərilə görüşüb 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Kolatan kəndində kümçülərlə görüşmüş, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə maraqlanıb. Rayonun icra başçısı ilə işgüzar şəraitdə görüşən Elçin Sadıqovun başçılıq etdiyi 4 ailənin kümdarları 4 qutu barama qurdunun optimal müddətdə, çətin və məsul işin öhdəsindən ləyaqətlə gəlməyə söz veriblər.
Təcrübəli və gənc kümçülərlə ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici söhbətlər aparılıb.
Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir.
Kümçülər bildirib ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biz rayon baramaçılarının bu sahəyə olan marağını xeyli artırıb.
Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı tapşırıq və tövsiyələrini verib.

www.yeniheyet.az
 
 
 
 шаблоны для dle 11.2
Вернуться назад