Главная > İqtisadiyyat > Türkiyə və Azərbaycan - iki dost, qardaş ölkə uğurla əməkdaşlıq edirlər
Türkiyə və Azərbaycan - iki dost, qardaş ölkə uğurla əməkdaşlıq edirlər7-06-2021, 15:31. Разместил: yeni321 |
Türkiyə və Azərbaycan - iki dost, qardaş ölkə uğurla əməkdaşlıq edirlər Azərbaycan-Türkiyə iqtisadi əlaqələri Ulu Öndər Heydər Əliyevin vurğuladığı bir millət, iki dövlət devizinə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistenmini əhatə edir. Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münaqsibətlərin daha da genişlənməsi müstəqilliyimizin qazanılmasından sonrakı dövrə gətirib çıxarır. Prezident İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infarstrtuktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirdi ki, nəqliyyat sahəsi həmişə bizim gündəliyimizdə ön sıralarda idi. Lakin İkinci Qarabağ savaşından sonra bunun önəmi daha da artdı. Çünki əvvəlki illərdə birgə həyata keçirdiyimiz layihələrlə yanaşı ,yeni layihələr də artıq masa üzərindədir. Bunların arasında Bakı-Tiblisi-Qars dəmir yolunun birgə inşa edilməsinin xüsusi önəmi var.Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarına çevirəcək. Xatırladaq ki, bu gün respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, həm birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına mühüm təsir göstərir, həm də maliyyə dəstəyi nümayiş etdirir. Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Zəngəzur dəhlizi tarixi nailiyyətdir.Üçtərəfli Bəyanatda xüsusi ilə bu məsələnin əks olunması bizim ,eyni zamand böyük siyasi qələbəmizdir. Müstəqillik bizim ən böyük sərvətimizdir,ən böyük dəyərimizdir.Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki,dogma torpaqlarımızı düşmən tapdağından xilas edək,işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq, tarixi ədaləti bərpa etdik. Aygün Xəlilova, Masallı şəhər 1 saylı tam orta məktəbin müəllimi Вернуться назад |