Главная > İqtisadiyyat / Aqrar > Masallıda arpa biçininə başlanılıb

Masallıda arpa biçininə başlanılıb


7-06-2021, 20:01. Разместил: yeni321
Masallıda arpa biçininə başlanılıb 

Bir neçə gündür ki, Masallının taxıl sahələrində arpa biçini kampaniyasına başlanılıb.
Cari ildə rayonda 6878 hektar sahədə buğda, 2770 hektarda arpa, 2680 hektar sahədə vələmir biçini aparılacaq.
Məhsul yığımı kampaniyasını keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün taxıl sahələrinə 28 kombayn cəlb edilib. Qısa müddətdə, iyunun 7-dək rayonda 1921 hektardan çox sahədə arpa biçilib, 4124,9 ton məhsul tədarük olunub.
Biçin kampaniyasında rayonun taxılçılıqla məşğul olan fernerləri fəallıq nümayiş etdirirlər.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад