Главная > İqtisadiyyat / Aqrar > Masallıda barama tədarükünə başlanılıb

Masallıda barama tədarükünə başlanılıb


10-06-2021, 21:51. Разместил: yeni321
Masallıda barama tədarükünə başlanılıb 

Son illər Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyi daha da gücləndirilib. Ölkəmizdə ixracyönümlü sahə olan baramaçılığın kənd yerlərində məşğulluğun təmin edilməsində mühüm rol oynaması nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük önəm verilir. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı 27 noyabr 2017-ci il tarixli Sərəncamı da məhz ölkəmizdə baramaçılığın inkişaf etdirilməsinə xidmət edir.
Ölkə Prezidentinin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr son illər Masallıda da uğurla icra olunur. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərir.
Masallı DAİM-in mütəxəssisi Hasil Hüseynovun verdiyi məlumata görə cari ilin yay mövsümündə 140 qutu barama qurdu gətirilərək Masallıda kəndlər üzrə barama yetişdirən kümçülərə paylanılıb.
Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan kümçülər artıq 10 iyun 2021-ci il tarixdən barama tədarükünə başlayıblar.
Rayonda kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.

www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад