Главная > İqtisadiyyat / Aqrar > Masallıda taxıl biçini, çəltik əkini qurtarmaq üzrədir

Masallıda taxıl biçini, çəltik əkini qurtarmaq üzrədir


21-06-2021, 21:06. Разместил: yeni321
Zəmilərdə taxıl biçini başa çatır  

Kombaynçılar mövsümün əvvəlindən bəri 5665 hektar sahədə buğda, 2767 hektarda arpa biçmişlər.
Fermerlər buğdanın hər hektarından 22,6 sentner məhsul götürmüşlər. Arpanın məhsuldarlığı isə 21,6 sentner olmuşdur.
Xırmandalı, Viləş, Həsənli, Qarğalıq fermerləri taxılçılıqla yüksək nəticə əldə etmişlər.
Masallının zəmilərində taxıl biçini davam edir.

Çəltik əkini qurtarmaq üzrədir 

Çəltik əkini də müvəffəqiyyətlə davam edir. Ərazilərdə indiyə kimi 281,6 hektar sahədə çəltik əkilmişdir. Həmişə olduğu kimi bu il də Boradigah, Şıxlar, Xıl, Tüklə fermerləri bu sahəyə diqqətlə yanaşırlar.
Bu mövsümdə çəıtik sahələrinin sahəsi 280 hektara çatdırılması nəzərdə tutulmuşdur. Buna baxmayaraq bu günə olan real əkinimiz proqnozumuzu keçmişdir.

Həsənağa ƏLİYEV,
“Yeni həyat”,      
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад