Главная > İqtisadiyyat / Aqrar > ƏTİRLİSƏN, ZƏFƏRAN
ƏTİRLİSƏN, ZƏFƏRAN27-06-2021, 13:11. Разместил: yeni321 |
Məhsulu “qızıl tərəzi”də ölçülən bitki Zəfəran xalqımızın qədim ədviyyat bitkisidir. İllər öncə Masallı rayonunda da əkilib-becərilirdi. Ancaq ötən əsrin 90-cı illərindən sonra bir sıra əkin növlərinin əkilib yetişdirilməsi unudulduğu kimi zəfəran da gərəksiz bitki kimi əkilmədi. Bir neçə il əvvəl qəzetimizin zəfəran əkilməsi ilə bağlı təşəbbüsü rayonda yayıldı. Neçə-neçə şairin təəbində özünün məftunediciliyini təsdiqləyən zəfəran yenidən əkilməyə başladı. Abşeron zəfəranı kimi tanınan dünya şöhrətli bu ədviyyat çox dəyərlidir. Rayonumuzda isə Cənub zəfəranı kimi statistikada qeyd edilən bu bitki həyətyanı, payıbəlli torpaqlarda yetişdirilir. Keçən il rayon ərazisində 27,1 hektar sahədə əkilmiş bu gözəl, cəzibədar ətri ilə tanınan bitkidən 5 sentner məhsul götürülmüşdür. Zəfəranın əkilib-becərilməsi çox da böyük zəhmət tələb etmir: Keyfiyyətli toxum, yumşaq torpaq, ilk vaxtlar suvarılması. Məhsulun yığılması da maraqlıdır. Günəş çıxar-çıxmaz zəfəran şehli-şehli daha rahat yığılır. Məhsulu “qızıl tərəzi”də ölçülür – yəni qızıl qiymətindədir. Rayonumuzda bu il zəfəranın əkin sahəsi 33,2 hektara çatdırılmışdır. Bir neçə gündür ki, bu ətirli ədviyyatın yığımı başlanıb. Həsənağa Əliyev, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |