Главная > İqtisadiyyat / Aqrar > MASALLININ TƏSƏRRÜFAT SAHƏLƏRİNDƏ
MASALLININ TƏSƏRRÜFAT SAHƏLƏRİNDƏ4-07-2021, 10:34. Разместил: yeni321 |
Çəltik əkini Masallı rayonunda çəltik əkini də müvəffəqiyyətlə başa çatıb. Ərazilərdə indiyə kimi 281,6 hektar sahədə çəltik əkilib. DAİM-dən verilən məlumatda qeyd olunub ki, hər mövsümdə olduğu kimi bu mövsümdə də Boradigah, Şıxlar, Xıl, Tüklə, Ərkivan, Şıxlar, Yeddioymaq, Sərçuvar, Qızılağac kənd və qəsəbə fermerləri bu sahəyə diqqətlə yanaşırlar, bicarlıqları bol su ilə təmin edirlər. SƏMƏRƏLİDİR, GƏLİRLİDİR, MƏHSULDARDIR… Kartofculugun səmərəsini görən Təzə Alvadı fermerləri bu sahənin inkişafına ildən-ilə önəm verirlər. Əmək adamları cari ilin məhsulu ücün 200 hektardan cox sahədə kartof əkmişdilər. Ərazi nümayəndəliyindən verilən məlumata əsasən xəbər veririik ki, məhsul yığımı başa catmışdır. Fermerlər hər hektardan 16-18 ton məhsul yıgıb alıcı təşkilatlara və bazarlara göndərmişlər. Fermerlərdən Zakir Fərəcov, Əlicabbar Səfərov, Yaşılməmməd Məmmədov və başqaları daha yüksək nəticə əldə etmişlər. Hazırda məhsulu yığılmış sahələrdə yay şumu vurulmasına başlanıb. QARĞIDALI ƏKİLİR Bu il rayonda qida qarğıdalısı əkininə başlanıb. Fermerlər indiyə kimi 100 hektar sahədə əkini başa çatdırmışlar. Mexanizatorlar daha 25 hektar sahəni əkinə hazırlayıb. Təklə, Xırmandalı, Qarğalıq, Qızılağac ərazilərinin fermerləri qida qarğıdalısı əkininin təşəbbüsçüləridir. TARLALARDA TƏRƏVƏZ BOLDUR Masallı rayonun 2001 hektar tərəvəz sahəsində məhsul yığımı günbəgün sürətlənir. Pomidor, xiyar, badımcan, bibər sahələrində məhsul boldur. Torpaq sahibləri 81 hektar sahədə sarımsaq yığımını başa çatdırmışlar. Qızılağac, Təklə, Mahmudavar, Musakücə, Xırmandalı fermerləri bazarlara keyfiyyətli məhsul çıxarırlar www.yeniheyet.az Вернуться назад |