Главная > İqtisadiyyat > Dünya biznesiylə inikal əməkdaşlıq məkanı

Dünya biznesiylə inikal əməkdaşlıq məkanı


5-07-2021, 17:45. Разместил: yeni321
Dünya biznesiylə inikal əməkdaşlıq məkanı        

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyasının cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlr atılır. Belə mühüm layihələrdən biri də 850 hekdardan ibarət Ələt Azad İqtisadi Zonasıdır. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividentlər qazandırmaqla yanaşı ölkəmizin regionda mövqelərini  daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub transit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bununla bərabər, dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasını  yeni investisiyaların cəlbini sürətləndirəcək.
   İyul ayının 1–də  Prezidən İlham Əliyevin  iştirakı ilə keçirilən Ələt-Astara İqtisadi Zonasının təməlqoyma mərasimdə Azərbaycan Televiziyasına müshibəsində bildirdi ki,  bu  zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq.
     Ələt Azad İqtisadi Zonası ölkəmizə yeni texnologiya və innovasiyaların cəlb edilməsində də mühüm rol oynayacaq. Burada bütün işlər dördüncü sənaye inqilabının tələblərinə əsaslanaraq icra ediləcək. Bütün bunlar isə bütövlükdə Azərbaycan iqtisadiyyatının müasir tələblərə uyğunlaşdırılmasına yol açacaq. Eyni zamanda yeni ixtisaslı kadrların işlə təminatına da və tezliklə ölkəmizə böyük investisiya axınının baş verməsinə də ciddi təkan verəcək. Belə bir zonanın yaradılmasının əhəmiyyəti barədə həm hakimiyyət eşalonunda, həm də ekspertlər tərəfindən uzun illər çoxsaylı müzakirələr aparılıb. Ancaq sözdən əməli işə keçmək üçün ən əlverişli məqam məhz indi yetişib.
  Biz bu layihəyə uğurlar diləyirik, Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk və “ Vətənə , millətə xeyirli olsun “ deyirik 
 
Nailə Əsədullayeva,
Masallı şəhər sakini
 


шаблоны для dle 11.2
Вернуться назад