Главная > İqtisadiyyat > Masallı şəhərində 22 küçənin asfaltlanması yekunlaşıb

Masallı şəhərində 22 küçənin asfaltlanması yekunlaşıb


13-07-2021, 17:55. Разместил: yeni321
Masallı şəhərində 22 küçənin asfaltlanması yekunlaşıb 

Masallı şəhəri ərazisində nəzərdə tutulmuş 22 küçəyə asfalt örtüyünün vurulması yekunlaşmışdır. Belə ki, ümumi uzunluğu 9 kilometrə yaxın şəhərin 22 küçəsində 38000 kvadratmetr ərazidə asfalt döşənməsi nəzərdə tutulmuşdur ki, bundan uzunluğu 1200 metr olan Xətai küçəsinə 7200 kvadratmetr, uzunluğu 850 metr olan Əhməd Rəcəbli küçəsinə 3130 kvadratmetr, uzunluğu 636 metr olan Nizami Gəncəvi küçəsinə 2414 kvadratmetr, uzunluğu 636 metr olan Həsən Əliyev küçəsinə 2290 kvadratmetr, uzunluğu 420 metr olan Heydər Əliyev prospekti döngə 3-də 1704 kvadratmetr, uzunluğu 290 metr olan Abbas Səhhət küçəsinə 1044 kvadratmetr, uzunluğu 240 metr olan S.Mehmandarov küçəsinə 864 kvadratmetr, uzunluğu 450 metr olan Zəlimxan Yaqub küçəsinə 1620 kvadratmetr, uzunluğu 700 metr olan Xəlil Rza Ulutürk küçəsinə 2572 kvadratmetr, uzunluğu 320 metr olan Z.Tağıyev küçəsinə 1280 kvadratmetr, uzunluğu 550 metr olan Xəqani Şirvani küçəsinə 1980 kvadratmetr, uzunluğu 180 metr olan Cavanşir küçəsinə 612 kvadratmetr, uzunluğu 115 metr olan Azərbaycan küçəsinin 1-ci döngəsinə 345 kvadratmetr, uzunluğu 135 metr olan Azərbaycan küçəsinin 2-ci döngəsinə 445 kvadratmetr, uzunluğu 500 metr olan Yusif Məmmədəliyev küçəsinə 1800 kvadratmetr, uzunluğu 125 metr olan Təbriz küçəsinin 1-ci döngəsinə 425 kvadratmetr, uzunluğu 280 metr olan Təbriz küçəsinin 2-ci döngəsinə 952 kvadratmetr, uzunluğu 600 metr olan İntiqam Əsgərli küçəsinə 4800 kvadratmetr, uzunluğu 60 metr olan Qarabağ küçəsinin 4-cü döngəsinə 450 kvadratmetr, uzunluğu 60 metr olan Zərifə Əliyeva küçəsninin 1-ci döngəsinə 360 kvadratmetr, uzunluğu 350 metr olan Səttar Bəhlulzadə küçəsinə 1260 kvadratmetr və Aşıq Alı küçəsinin 110 metrlik hissəsinə 396 kvadratmetr asfalt örtüyü döşənərək işlər tam yekunlaşmışdır.
Hazırda asfaltlanmış 22 küçənin kənarlarına çınqıl döşənməsinə başlanılmışdır.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад