Главная > İqtisadiyyat > Masallı şəhərindəki Qəhrəmanlar Parkı yenidən qurulur

Masallı şəhərindəki Qəhrəmanlar Parkı yenidən qurulur


29-07-2021, 14:16. Разместил: yeni321

Masallı şəhərindəki Qəhrəmanlar Parkı yenidən qurulur


Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhərimizin Qəhrəmanlar Parkında ərazinin genişləndirilməsi sahəsində və tikinti aparılacaq yerin eskizləri əsasında tapşırdığı işlər müvəffəqiyyətlə davam edir.
Qeyd edək ki, Masallı şəhərində Vətən uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən Qəhrəmanlar Parkı 10 may 2021-ci il tarixdə yenidən qurulub istifadəyə verilib. Həmin vaxtı rayon rəhbərinin təklifləri əsasında park-kompleksin sol və sağ hissəsində tikinti aparılması üçün lazımi işlərin qaydaya salınmağı tapşırılmışdı. Artıq tikintidə işlər gündən-günə sürətlənir.
Yaxın vaxtlarda Qəhrəmanlar Parkında, parkın girişinin sol və sağ tərəfinlərdə inşaat işlərinin tam başa çatdırılması nəzərdə tutulub.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад