Главная > İqtisadiyyat > Arxangelsk vilayətinin Azərbaycana biznes-missiyası

Arxangelsk vilayətinin Azərbaycana biznes-missiyası


16-12-2017, 12:25. Разместил: yeni321
Arxangelsk vilayətinin Azərbaycana biznes-missiyası 

Rusiyanın Arxangelsk vilayətinin Azərbaycana biznes-missiyası dekabrın 24-25-nə planlaşdırılıb.
RF Arxangelsk vilayəti qubernatorunun və hökumətinin mətbuat xidmətinin məlumatına istinadla xəbər veririk ki, bunu vilayət qubernatorunun müavini Viktor İkonnikov ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunun vitse-konsulu Elçin Məmmədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşündə bildirib.
V.İkonnikov bildirib ki, Arxangelsk vilayəti ilə Azərbaycan arasında münasibətlər böyük tarixə və dinamik inkişafa malikdir. Azərbaycan Respublikasının nümayəndə heyəti Arxangelsk vilayətinə səfər çərçivəsində vilayətin 80 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak edəcək. Dekabrın 24-25-də isə Arxangelsk vilayətinin dost respublikaya biznes-missiyası planlaşdırılıb.
V.İkonnikov Arxangelsk vilayətinin iqtisadi və investisiya potensialından danışarkən, gələcək ikitərəfli əməkdaşlığın əsas vektorlarını müəyyən edib. Bunlar nəqliyyat-logistika, meşə sənayesi, balıq emalı, təhsil, mədəniyyət və turizm sahələridir.
Görüşdə Rusiya-Azərbaycan birgə mədəni layihəsinin yekunu – rus və Azərbaycan dillərində nəşr olunmuş “Məkanın cazibəsi. Arxangelsk vilayətinin şimalının müasir poeziyası” poetik məcmuəsi təqdim edilib.
Vitse-konsul Elçin Məmmədov qeyd edib ki, bu il Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 ili tamam olur. Sıx iqtisadi və siyasi əlaqələrin təməlində iki xalq arasında möhkəm dostluq telləri dayanır.
Arxangelsk vilayətində Azərbaycan diasporu uğurla fəaliyyət göstərir. Diasporumuz regionun ictimai həyatında fəal iştirak edir. Azərbaycan Respublikasında rus diasporunun sayı isə 120 min nəfərdən çoxdur. Burada təhsil rus dilində aparılır, pravoslav kilsələri fəaliyyət göstərir. Azərbaycan rus mədəniyyətini tanıyır və sevir.
Vitse-konsul fikrini bu sözlərlə tamamlayıb: “Arxangelsk vilayəti ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri olduqca genişdir. Bu, ilk növbədə iqtisadi əməkdaşlıq və humanitar əlaqələrdir. Əməkdaşlığımız möhkəmlənir və inkişaf edir”.шаблоны для dle 11.2
Вернуться назад