Главная > İqtisadiyyat / Aqrar > MASALLI - Şərəfədə yollar təmir olunur, çiyələk plantasiyası genişlənir

MASALLI - Şərəfədə yollar təmir olunur, çiyələk plantasiyası genişlənir


8-09-2021, 12:28. Разместил: yeni321
MASALLI - Şərəfədə yollar təmir olunur, çiyələk plantasiyası genişlənir
 
Son bir ay ərzində Şərəfə ərazisində mərkəzi yol təmir olunub, altı küçəyə təxminən 15 kilometr yola çınqıl döşənib. Bundan əlavə payız mövsümünə hazırlıqla əlaqədar 2 kilometrdən artıq yol kənarı suötürücü kanallar təmizlənib.
Şərəfədə çiyələk istehsalına maraq artmaqdadır. Ərazi nümayəndəliyindən verilən məlumata əsasən bildiririk ki, ərazidə 25 hektar sahədə çiyələk bağı salınıb. Daha 5 hektarda yeni plantasiyanın salınması nəzərdə tutulub.
Qeyd edək ki, hər hektar çiyələk plantasiyasında 10-12 nəfər işçi çalışır.
 
Akif AĞAYEV,       
www.yeniheyet.az
 
 
 
 шаблоны для dle 11.2
Вернуться назад