Главная > İqtisadiyyat / Aqrar > Masallıda çəltik yığımına başlanılıb

Masallıda çəltik yığımına başlanılıb


13-09-2021, 15:44. Разместил: yeni321

Masallıda çəltik yığımına başlanılıb 

Masallı rayonunda çəltik biçininə başlanılıb və qısa vaxtda 20 hektardan çox sahənin məhsulu yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu Fərasət Mikayılovun verdiyi məlumata görə cari mövsümdə havaların quraq keçdiyi bir şəraitdə 281,6 hektar sahədə çəltik yetişdirilib. Cari ildə fermerlər əsasən “Apola”, “Haşimi” və “Okean”çəltik sortları əkmişlər.
Biçin üçün hələlik zəmilərə 2 kombayn çıxarılıb. Fermerlər və fiziki şəxslər məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər. Təsadüfi deyil ki, su təminatı yaxşı olan ərazilərdə əkin sahələri ildən-ilə artır.
Hazırda biçinə birinci başlamış Masallı rayonunun Boradigah, Ərkivan, Xıl, Şıxlar və Tüklə ərazilərindəki zəmilərdə biçin uğurla davam etdirilir.

www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад