Главная > İqtisadiyyat > Masallının Miyankü kəndində yollar asfaltlanır

Masallının Miyankü kəndində yollar asfaltlanır


12-10-2021, 20:22. Разместил: yeni321
Masallının Miyankü kəndində yollar asfaltlanır 

Qürbətdə yaşasalar da böyüyüb ərsəyə çatdıqları kəndi yaddan çıxarmırlar. Masallı rayonunun Miyankü kəndində də belə vətənpərvər adamlar çoxdur. Onlar daim doğma kəndin qayğıları ilə maraqlanır, bu qayğıları aradan qaldırmağı özlərinə borc bilirlər.
 Masallı RİHB-nın Miyankü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İmran Tahirovun verdiyi məlumata əsasən, Rusiya Federasiyasında yaşayan eloğlular kəndin mərkəzindən keçən 610 metrlik yolun asfaltlanması üçün təşəbbüs qaldırmışlar. Onların bu təşəbbüsünü rayondakı 47 nömrəli yol-istismar MMC-nin kollektivi reallaşdırıb. Yola xeyli qırma daş gətirilib sərilmişdir. Artıq yol ustaları küçəni asfaltlamağa başlamışlar.

 

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад