Главная > İqtisadiyyat / Təhsil > Masallının ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması
Masallının ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması12-10-2021, 21:28. Разместил: yeni321 |
![]() Masallı rayonunun Mololon kənd ümumi orta məktəbində “Maliyyə savadlılığı” klubunun təşkili ilə ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması layihəsinə start verilib. Layihə rəhbəri Könül Qənbərovanın verdiyi məlumata görə, layihənin əsas məqsədi ucqar kənd məktəbi şagirdlərinin qənaət və israf, pulun tarixi, büdcə anlayışı mövzularında maarifləndirilməsinə, onların müasir iqtisadi-maliyyə alətlərindən istifadə üzrə biliklərini artıraraq yığım mədəniyyətinin formalaşdırılmasına xidmət göstərməkdir. Layihənin vəzifələri – layihə barədə Masallı rayonu üzrə seçilmiş 6 ucqar kənd məktəblərində geniş təbliğat, bu sahədə ekspertlərin və xüsusi qonaqların layihənin gedişatında iştirakı, iqtisadiyyat və maliyyə sahəsindən maarifləndirici xarakterli materiallar, iqtisadi məzmunlu fəal oyunlar və maliyyə savadlılığı dərnəyinin yaradılmasıdır. ![]() Layihənin ikinci mərhələsində 6 ucqar kənd məktəbin 30 şagirdi ilə ümumilikdə 6 gün ərzində 36 saatlıq təlim-görüşlər təşkil olunacaqdır. Təlim-görüşlər bitdikdən sonra xüsusi yaradılmış münsiflər heyətinin köməyilə ən maraqlı təqdimat, inşa və digər kiçik layihələr mükafatlandırılacaq. ![]() Layihə reallaşdıqdan sonra gözlənilən nəticələr: 6 ucqar kənd məktəbinin şagirdlərinin iqtisadi-maliyyə savadlılığın artırılması, yığım mədəniyyətinin formalaşdırılması, qənaət və israf, pulun tarixi və büdcə anlayışı mövzularında maarifləndirilməsi, 6 ucqar kənd məktəbinin şagirdlərinin müasirləşməsi və dünya görüşünün artırılması, 6 ucqar kənd məktəbində “Maliyyə savadlılığı” klublarının yaradılması və həmçinin bu tipli layihələrin inkişafına təkan vermiş olacaq. ![]() Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək. www.yeniheyet.az Вернуться назад |