Главная > İqtisadiyyat / Təhsil > Masallıda “Öz biznesin qur” mövzusunda təlim-seminar keçirilib

Masallıda “Öz biznesin qur” mövzusunda təlim-seminar keçirilib


22-10-2021, 15:14. Разместил: yeni321
Masallıda “Öz biznesin qur” mövzusunda təlim-seminar keçirilib 

Oktyabrın 21-də Masallı Rayon Gənclər və İdman İdarəsinin, Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə pandemiya qaydaları gözlənilməklə “Gənclər evi” sosial xidmət müəssisəsində gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması məqsədi ilə “Öz biznesini qur” mövzusunda təlim-seminar keçirilib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov təlim-seminarın keçirilməsində əsas məqsədin gənclər arasında biznes ideyalarının formalşdırılması istiqamətində işlərin görülməsi, onların məşğulluq imkanlarının genişləndirliməsi, həmçinin gənclərin bu sahəyə olan marağının artırılması və maarifləndirilməsi olduğunu diqqətə çatdırıb.
Beynəlxalq dərəcəli biznes Təlimçi Rafət Şirəliyev tərəfindən “Biznesin qurulması” mövzusunda gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər keçirilib.
Sonda gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.
 
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад