Главная > İqtisadiyyat / Aqrar > Masallıda taxıl əkini davam edir, çay yığılır
Masallıda taxıl əkini davam edir, çay yığılır31-10-2021, 12:10. Разместил: yeni321 |
Taxıl əkini davam edir Masallıda payızlıq taxıl əkinləri davam edir. Masallı Rayon Aqrar İnkişaf Mərkəzindən Yeniheyet.az-a bildiriblər ki, rayon üzrə 6382 hektar sahədə şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. Səpinə mütəşəkkil başlayan əkinçilər rayonda qısa müddətdə 1432 hektar sahədə səpin aparıblar. Bunun 369 hektarı arpa, 327 hektarı buğda və 736 hektarı isə vələmir sahəsidir. İndiyədək rayonda 6382 hektar sahə əkin yerlərii üçün şumlanmışdır. Ötən ilə müqayisədə rayonda 185 hektardan çox sahədə şum vurulmuşdur. Həmçinin keçən ilin həmin günlərinə nisbətən bu il daha çox-45 hektarda arpa, 140 hektarda buğda və 277 hektarda vələmir əkilmişdir. Rayonun Təklə, Musakücə, Xırmandalı, Təzə Alvadı, Yeddioymaq, Səmidxan və başqa kəndlərdə fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak edirlər. Plantasiyalardan dördüncü dəfə “yaşıl qızıl” yığılır Masallı rayonunun Kolatan kəndi ərazisindəki «Sığaçolə» deyilən sahəsində yaşıl çay yarpağı dərilir. Yeniheyet.az xəbər verir ki, “Azərsun Holdinq” şirkətlər qrupunun kollektivi dördüncü yığımda keyfiyyətli məhsula üstünlük verirlər. Çay ustaları yığımla bərabər plantasiyalarda becərmə aparır, seyrəkliyi aradan qaldırırlar. www.yeniheyet.az Вернуться назад |