Главная > İqtisadiyyat / Aqrar > Masallıda taxıl əkilir, çəltik biçilir

Masallıda taxıl əkilir, çəltik biçilir


15-11-2021, 15:02. Разместил: yeni321
Masallıda 9031,8 hektar sahədə payızlıq taxıl əkilib

Masallı rayonunda payızlıq taxıl əkini davam edir.
Rayon statistika idarəsindən Yeniheyet.az-a bildirilib ki, indiyədək 9031,8 hektar sahədə səpin aparılıb. Bunun 4385 hektarı buğda, 2283,5 hektarı arpa, 2363,3 hektarı vələmir sahələridir.
Taxıl əkini kampaniyası rayonun Çaxırlı, Qarğalıq, Təklə ərazilərində daha mütəşəkkil aparılır.
Taxılçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri torpağın hazırlanması və səpinin aqrotexniki qaydada həyata keçirilməsinə diqqət yetirirlər. Onlar əkin zamanı yerli şəraitə uyğun reproduksiyalı toxumlardan istifadə edirlər.

217,3 hektar çəltik sahəsinin məhsulu yığılıb

Masallıda indiyədək 217,3 hektar çəltik sahəsində məhsul yığımı başa çatıb. Bu barədə rayon statistika idarəsindən Yeniheyet.az-a məlumat verilib. Sahələrdən 771,4 ton çəltik biçilib. Hər hektardan götürülən məhsuldarlıq 35,5 sentner təşkil edib. Düyünün bir kiloqramının qiyməti növünə görə 1,80 - 4,20 manat arasındadır.
Bu il rayonda 281,6 hektar sahədə çəltik əkilib.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад