Главная > İqtisadiyyat / Aqrar > Masallıda yeni çay plantasiyası salınır, günəbaxan əkilir

Masallıda yeni çay plantasiyası salınır, günəbaxan əkilir


23-11-2021, 19:24. Разместил: yeni321
Mahmudavarda 2,5 hektara “Kolxida” sortlu çay şitili köçürülür  

Masallı rayonunun Mahmudavar kənd bələdiyyəsinin sədri Əfqan Babayevin Yeniheyet.az-a verdiyi məlumata əsasən bildiririk ki, “Baba bulağı” Təbiət Evinin kollektivi bu günlərdə daha 2,5 hektar sahədə yeni çay plantasiyası salmağa başlayıb.
Sahələrə Lənkəran rayonundan gətirilmiş “Kolxida” sortlu çay şitili köçürülür. Artıq 1 hektardan çox sahədə çay əkini başa çatıb.
 
 
Rayonda 44,5 hektarda günəbaxan əkini aparılıb

Masallı Rayon Statistika İdarəsindən Yeniheyet.az-a bildirilib ki, rayonun fərdi təsərrüfatlarında 44,5 hektarda günəbaxan bitkisi əkilib.
 Bu il fərdi təsərrüfatlarda 97,9 ton günəbaxan əldə edilib. Hər hektardan 22 sentner məhsul götürülüb.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад