Главная > İqtisadiyyat / Texnologiya / Aqrar > Masallıda payızlıq əkinlərin informasiya sistemində bəyan edilməsilə əlaqədar müşavirə keçirilib

Masallıda payızlıq əkinlərin informasiya sistemində bəyan edilməsilə əlaqədar müşavirə keçirilib


29-11-2021, 18:59. Разместил: yeni321

Masallıda payızlıq əkinlərin informasiya sistemində bəyan edilməsilə əlaqədar müşavirə keçirilib 

Masallıda Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi ilə əlaqədar müşavirə keçirilib.
Noyabrın 29-da Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən tədbirdə RİH başçısı Şahin Məmmədov və aparatı, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev və nümayəndələri, kənd ərazi nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, Masallı DAİM-in direktoru Seymur Nuriyev və başqaları çıxışlarında bildiriblər ki, payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində vaxtında bəyan edilməsi monitorinqləri operativ şəkildə başa çatdırmağa, subsidiyaların ilin ilk aylarında köşürülüməsinə imkan verir. Fermer mülkiyyətində olan torpaq sahəsində hansı məhsulu əkdiyini daha tez bəyan etməklə fevral ayında subsidiya almağı qarantiya etmiş olur. İlin əvvəlində subsidiya alan fermer öz kartındakı vəsaitdən daha səmərəli istifadə etmək imkanı qazanır. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyi fermerləri öz əkinlərini son tarixi gözləmədən bəyan etməyə, bununla da dövlət dəstəyindən daha tez yararlanmağa çağırır.
 
Masallı iri kənd təsərrüfatı rayonudur. Son illər rayonda intensiv bağlara da maraq artıb. 48 hektarda bağ əkilməlidir. İndiyə kimi rayonda 31 hektarda bağ salınıb. İlin axırına kimi ərazilərdə bağ salınması işi 39 hektara çatdırılacaqdır. Əvvəlki qaydalara əsasən, bağçı fermerlər öz bağları ilə bağlı məlumatları mart-may aylarında EKTİS-ə daxil etməli idilər. Bu reqlamentə əsasən, intensiv bağlara görə subsidiyalar monitorinqlər başa çatdıqdan sonra, iyul-avqust aylarından başlayaraq ödənilirdi. İndi isə Aqrar Subsidiya Şurası çoxillik əkmələrin (bağların) EKTİS-də bəyan edilmə müddətini 9 ay olaraq müəyyən edib. Fermerlər öz bağları barədə məlumatları sentyabrın 1-dən mayın 31-dək EKTİS-də bəyan edə bilərlər. Bu ildən tətbiq olunan qaydalara əsasən, fermer intensiv bağlar barədə məlumatları 31 dekabr tarixinə kimi bəyan edərsə, müvafiq subsidiyanı əvvəllər olduğu kimi iyul ayında deyil, ilin əvvəlində alacaqlar. Bu isə bağlara aqrotexniki qulluq baxımından daha səmərəli istifadə etməyə (yemləmə gübrəsi almağa və s.) imkan yaradacaq.
 
Görüş zamanı cari ildə Masallı rayonunun Ərkivan və Boradigah qəsəbə, Hişkədərə, Xıl, Qızılağac, Sərçuvar, Şıxlar, Tüklə və Yeddioymaq kəndi ərazilərində fermerlərin çəltik sahəsində qazandıqları uğurlarından danışılmış, quru tütün təhvili tədarükündə istesalçılar qarşısında qoyulmuş vəzifələrdən söhbət açılıb. Habelə qeyd olunub ki, Aqrar Subsidiya Şurasının 2022-ci il üzrə bitkiçilik sahəsində əkin, məhsul və toxum əmsallarına dair qərarının müəddəaları, aqrokimyəvi analizin verilməsi zərurəti, səyyar gübrə satışı, müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verəcəyi üstünlüklər, subsidiyaların verilməsi prosesində gələn ildən tətbiq olunacaq yeniliklər barədə iştirakçılara geniş məlumat verilib.
İştirakçıların EKTİS-də elektron kabinetin aktivləşdirilməsi proseduru, məlumatların daxil edilmə ardıcıllığı barədə sualları ətraflı cavablandırılıb və səsləndirilən təkliflər qeydiyyata alınıb.
Axırda tədbir iştirakçıları Masallı şəhər Qəhrəmanlar Parkında 247 şəhidin, Azərbaycan Milli Qəhrəmanlarının və Vətən Müharibəsi Qəhrəmanlarının büstünü ziyarət edərək, üzərinə təzə güllər düzüblər.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад