Главная > İqtisadiyyat / Aqrar > Masallıda torpaqlar şumlanır, tütün tədarük edilir

Masallıda torpaqlar şumlanır, tütün tədarük edilir


6-12-2021, 20:17. Разместил: yeni321
Masallı rayon təsərrüfatlarında 15210 hektarda yay şumu cıxarılıb

Taxıl yığımı başa çatdıqdan sonra rayonun təsərrüfatlarında payızlıq səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. 01.12.2021-ci il tarixədək təsərrüfatlarda 15210 hektaradək sahədə yay şumu qaldırılıb.
Bu barədə Masallı Rayon Statistika İdarəsindən Yeniheyet.az-a məlumat verilib.
Qurumdan bildirilib ki, cari ildə rayonda gələn ilin məhsulu üçün 17 mindən çox hektarda payızlıq dənlilərin səpini proqnozlaşdırılır.


Masallıda tütün tədarükü sürətlənir 

Son illər aqrar sahəyə dövlət dəstəyinin artırılması Masallıda unudulmaqda olan tütünçülüyə marağı artırıb.
2021-ci ildə rayonda 40-dan çox fermer 52 hektar sahədə tütün əkib-becərir.
Masallı DAİM-in rəisi Seymur Nuriyevin Yeniheyet.az-a verdiyi məlumata görə 2021-ci ilin dekabrın 4-nə kimi rayon ərazisində sahələrdən 46,09 tona yaxın quru tütün yarpağı yığılaraq qəbul məntəqələrinə təhvil verilmişdir.
Qeyd edək ki, cari ildə Masallı rayonunda 88,40 ton quru tütün tədarükü proqnozlaşdırılır.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад