Главная > İqtisadiyyat > Masallı şəhərində abadlıq-quruculuq işləri
Masallı şəhərində abadlıq-quruculuq işləri8-01-2022, 13:45. Разместил: yeni321 |
Masallı şəhərində abadlıq-quruculuq işləri uğurla davam etdirilir Havalar soyuq keçsə də inşaatçılar Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirirlər. Hazırda əsas diqqət Azərbaycan prospektində - Xətai parkının girişindəki sahəyə yönəlib. Burada 35 metr uzunluğunda hörülən daş divarda üzləmə işi gedir. Masallı şəhər ərazi nümayəndəliyindən Yeniheyet.az-a verilən məlumatda bildirilir ki, üzlənmiş divarlarda Şah İsmayıl Xətainin döyüş səhnələri mozaik şəkildə yer alacaq. Şəhərin Zərifə Əliyeva küçəsində də divarların üzlənmə işləri görülür. Buradakı divarlarda çınqıl daşlardan hörülmüş mozaik bəzəklər zövqləri oxşayacaq. www.yeniheyet.azВернуться назад |