Главная > İqtisadiyyat / Aqrar > Üzüm bağlarında...

Üzüm bağlarında...


25-01-2022, 11:32. Разместил: admin44

Çaxırlı kəndinin fermerləri 10 hektara yaxın üzüm bağına aqrotexniki qulluq göstərirlər. Ötən il məhsul yığımı başa çatandan sonra bağlarda cərgəaralarına kultivasiya çəkilmiş, tənəklərin dibi alaqdan təmizlənərək yumşaldılmışdır. Bağlarda tənəklərin qış budanması tədbiri də vaxtında başa çatdırılmışdır. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, fermerlərdən Əli Nəbiyev, Rauf və Asif Bağırov qardaşları bu il bağlardan bol məhsul əldə etmək üçün aqrotexniki tədbirlərin keyfiyyətinə ciddi diqqət yetirirlər.




www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад