Главная > İqtisadiyyat > Sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 3 mindən çox olub

Sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 3 mindən çox olub


26-01-2022, 14:32. Разместил: admin44
2021-cı ilin 12 ayı ərzində da sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 3114 nəfər təşkil edib.

Rayon statistika idarəsinin rəisi əvəzi Ülfət Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin redaksiyasına bildirib ki, onların 3 nəfəri mədənçıxarma, 2773 nəfəri emal, 211 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 127 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

Həmin dövrdə sənayedə işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.1 faiz artaraq 346.9 manatdan 351.0 manata çatıb. Əməkhaqqı mədənçıxarma sənayesində 11.3 faiz və ya 250.0 manatdan 278.3 manata, emal sənayesində 1.9 faiz və ya 325.8 manatdan 332.1 manata, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 10.9 faiz və ya 528.1 manatdan 586.0 manata, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1.9 faiz və ya 367.1 manatdan 374.3 manat artmışdır.




www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад