Главная > İqtisadiyyat > Əmək bazarı

Əmək bazarı


4-02-2022, 10:55. Разместил: admin44

2021-ci ilin yanvar-dekabr aylarında əmək ehtiyatlarının sayı 111685 nəfər olmuşdur. Mövcud əmək ehtiyyatlarından 104248 nəfəri məşğul əhalidir. İlkin hesablanmaya əsasən 2021-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta siyahı sayı 15006 nəfər olmuşdur.

      Masallı rayon statistika idarəsinin rəisi əvəzi Ülfət Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin redaksiyasına bildirib ki, muzdla işləyənlərin 8000 nəfəri (53,3 faizi ) dövlət, 7006 nəfəri (46,7 faizi) qeyri dövlət bölməsində çalışanlardır.

     Muzdla işləyənlərin 2,6 faizi kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq, 20,8 faizi sənaye, 1,0 faizi tikinti, 25,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri,  0,9 faizi  nəqliyyat və anbar təsərrüfatı, 1,1 faizi informasiya və rabitə, 0,7 faizi maliyyə və sığorta fəaliyyəti, 0,1 faizini daşınmaz əmlakla əlaqədər əməliyyat, 0,3 faizini peşə, elmi və texniki fəaliyyət,0,1 faizini inzibati və yardımcı xidmətlərin göstərilməsi, 5,3 faizi dövlət idarəetməsi və müdafiə,sosial təminat , 30,4 faizi təhsil, 7,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,9 faizi mədəniyyət istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət,  0,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsində çalışan işçilər təşkil edir. 2021-ci ilin yanvar-dekabr aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 446,0 manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,0 manat və ya 5,4 faiz artmışdır.

       İşləyənlərin orta aylıq əməkhaqqı əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edir. İşçilərin orta aylıq əməkhaqqı artımı əsasən dövlət büdcəsindən maliyyələşən işçilərin aylıq vəzifə maaşlarının hesabına və son illər digər sahələrdə əməkhaqqının artması nəticəsində olmuşdur.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад