Главная > İqtisadiyyat / Manşet > Görülən işlər ürək açır...

Görülən işlər ürək açır...


9-02-2022, 18:33. Разместил: admin44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən respublikamızın hər yerində  aparılan abadlıq-quruculuq işləri çərçivəsində Masallıda da küçə, prospekt və parkların abadlaşdırılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir. Masallı şəhərində də abadlıq-quruculuq işləri günbəgün sürətlənir. Hal-hazırda işlərin əsası Milli Qəhrəman Elşad Hüseynov küçədsində görülür. Burada səkilər qurulur, üzərinə tamet plitələr düzülür.
       
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun tövsiyyəsinə əsasən görülən işlər bütün əraziləri, o cümlədən şəhərin prospekt və küçələrini əhatə edir.
     
8 və 9 fevral 2022-ci il tarixlərdə icra başçısı müvafiq idarə və müəsissə rəhbərləri ilə birlikdə növbəti dəfə şəhəri gəzmiş, lazımi tapşırıqlarını vermişdir. Görülən işlər çərçivəsində küçə və prospektlərdə olan yaşıllıqlara qulluq göstərilir, ağacların dibləri bellənir, qurumuş ağac və budaqları kəsilir, yeni ağac və gül kolları əkilir. Masallı Yaşıllaşdırma və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq səhər və axşam vaxtlarında şəhərin müxtəlif ərazilərində, yollarda təmizlik, təmir-bərpa işləri görülür, yaşıllıqlara qulluq göstərilir.
   
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, şəhərdə işıqlandırma sistemi də diqqət mərkəzindədir. Masallı şəhərinin axşamları da səhərləri kimi işıqlı olur. Hazırda Kosakülə gedən yolda-şəhid Anar Novruzovun adını daşıyan küçədə işıqlandırma sistemi yenilənir. Bu iş Füzuli və Digah küçələrində, Heydər Əliyev prospektində də davam etdirilir. Təmizlik, səliqə-sahman sözün əsl mənasında göz oxşayır. Görülən işlər ürək açır, gözəllik yaradır...







www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад