Главная > İqtisadiyyat > Özəl kredit bürosu yaradılıb

Özəl kredit bürosu yaradılıb


21-12-2017, 14:11. Разместил: yeni321
Özəl kredit bürosu yaradılıb

Azərbaycanda

Azərbaycanda 8 bank tərəfindən özəl kredit bürosu təsis edilib.
"Azərbaycan Banklar Assosiasiyası"na istinadla xəbər veririk ki, dekabrın 20-də "Azərbaycan Beynəlxalq Bankı"nın baş ofisində özəl kredit bürosunun yaradılması üzrə təşəbbüs qrupunun iclası keçirilib. İclasda "Azərbaycan Kredit Bürosu" MMC-nin təsis edilməsi qərara alınıb. Büronun təsisçiləri "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC və "Ziraat Bank Azərbaycan" ASC olub.
İclasda, həmçinin cəmiyyətin nizamnaməsi, idarəetmə orqanlarının formalaşdırılması ilə əlaqədar məsələlər və cəmiyyətin dövlət qeydiyyatı ilə bağlı işlərə başlanması təsdiqlənib. "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin idarə heyətinin sədri Xalid Əhədov cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.шаблоны для dle 11.2
Вернуться назад