Главная > İqtisadiyyat > 40 hektarda noxud, 7 hektarda sitrus bağı, 6 hektarda yazlıq kələm, 60 hektarda çəltik...

40 hektarda noxud, 7 hektarda sitrus bağı, 6 hektarda yazlıq kələm, 60 hektarda çəltik...


21-12-2017, 15:30. Разместил: yeni321
 

40 hektarda noxud, 7 hektarda sitrus bağı, 6 hektarda yazlıq kələm, 60 hektarda çəltik...


Bədəlanda torpağa qayıdış davam etdikcə təsərrüfatda yeni əkin sahələri yaranır. 

Ənənəvi təsərrüfat sahələri dirçəldilir. Ölkə Prezidenti cənab İlham Əliyevin bölgələrdə keçirdiyi müşavirələrdə göstəriş tövsiyələri ərazidə torpağa qayıdışa təkan vermişdir. 
Baramaçılığın yem bazasını möhkəmlənməsi üçün hazırlıq işləri görülür. Bu məqsədlə Aşurlu kəndinin mühafizə zolağında 200 ədəd tut tungi əkilmişdir. Kənd ərazi nümayəndəsi və bələdiyyə sədrinin təşəbbüsü ilə əkilən tinglər payçılar tərəfindən mühafizə olunur. 
Ərazidə kənd təsərrüfatı bitkilərinin əkini üçün ilk dəfə olaraq 154 hektar sahə şumlanmışdır. Bunun 60 hektarında çayqıraqlılar çəltik yetişdirəcəklər. İndi sahələrdə hazırlıq tədbirləri görülür. 
Bundan başqa ilk dəfə olaraq 40 hektarda noxud əkiləcək, 7 hektarda sitrus bağı salınacaq. 
Qeyd edək ki, ərazidə 6 hektarda əkilmiş yazlıq kələmə aqrotexniki qaydada qulluq göstərilir. Kənd təsərrüfatı bitkilərinin suvarılmasından ötrü yeni ilin fevralında ərazidə artezian quyusu qazılması nəzərdə tutulmuşdur.

                                                                                                                              “Yeni həyat”,
                                                                                                                         www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад