Главная > İqtisadiyyat > Azərbaycan məhsulları "Gulfood 2022" sərgisində nümayiş olunur

Azərbaycan məhsulları "Gulfood 2022" sərgisində nümayiş olunur


15-02-2022, 12:07. Разместил: admin44


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2022” beynəlxalq ərzaq sərgisi işinə başlayıb.

Sərgidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin meyvə şirələri, təbii mineral sular, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.

Beş gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.




www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад