Главная > İqtisadiyyat > Kolatanlı sahibkar “Əmək” ordeni ilə təltif edilib
Kolatanlı sahibkar “Əmək” ordeni ilə təltif edilib22-12-2017, 17:36. Разместил: yeni321 |
TƏBRİK EDİRİK! Kolatanlı sahibkar “Əmək” ordeni ilə təltif edilib Kolatanlı sahibkar Ehtibar Dövlət oğlu Sadıqov aqrar sahənin inkişafı istiqamətində gördüyü tədbirlər diqqət çəkir. Lənkəranda keçirilən müşavirədə təsərrüfatı haqqında məlumat verən Ehtibar Sadıqov Masallı rayonunda çayçılığın inkişafı istiqamətində uğurlu addımlar atıldığını, ehtiyat və resurslar axtarıldığını gündəmə gətirmişdir. Bu işlərin görülməsində bilavasitə zəhməti olan sahibkar bu sahədə işlərini davam etdirir. Uzun illər müxtəlif vəzifələrdə çalışan Ehtibar Sadıqovun zəhməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən yüksək qiymətləndirilmiş, 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir. E.Sadıqov 1955-ci ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. Hazırda öhdəsində 1 hektar mandarin, 2 hektar feyxoa bağı, 4 hektar çay plantasiyası vardır. O, təsərrüfatını genişləndirmək üçün əlavə tədbirlər həyata keçirir. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |