Главная > İqtisadiyyat > Xırmandalıda kabelləşmə davam edir

Xırmandalıda kabelləşmə davam edir


23-02-2022, 11:34. Разместил: admin44

Masallı rayonunda elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlər sürətlə davam etdirilir.
Energetiklər hazırda Xırmandalı ərazisində çalışırlar. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, qısa müddətdə Xırmandalı və Ərəb kəndlərində 850 ədəd dəmir dirək basdırılmış, 10 kilometrdən çox kabel çəkilmiş, 4 transfarmator qurularaq şəbəkəyə qoşulmağa hazırlanmışdır. Kabelləşmə başa çatandan sonra smartkart tipli sayğacların qoyulmasına başlanacaq.



www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад