Главная > İqtisadiyyat > Masallıda istehlak bazarı
Masallıda istehlak bazarı1-03-2022, 15:00. Разместил: admin44 |
2021-ci ilin yanvar-dekabr aylarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 518187,5 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi ilkin hesablamaya əsasən, 442775,5 min manat olmuşdur ki, bunun da 119064,8 min manatı (26,9 faizi) hüquqi, 323710,7 min manatı (73,1 faizi) fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsinin 61428,9 min manatını və ya 51,6 faizini iri müəssisələr, 57635,9 min manatını və ya 48,4 faizini kiçik müəssisələr təşkil edir. Masallı rayon statistika idarəsinin rəisi əvəzi Ülfət Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin redaksiyasına bildirib ki, 2021-ci ilin yanvar-dekabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 34778,5 min manat və ya 7,2 faiz artmışdır. Əhaliyə 75412,0 min manat ödənişli xidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövründən 7,1 faiz çoxdur. www.yeniheyet.az Вернуться назад |