Главная > İqtisadiyyat > Vergi ödəyicilərinə xidmət mərkəzlərində onlayn növbə ləğv edilib
Vergi ödəyicilərinə xidmət mərkəzlərində onlayn növbə ləğv edilib10-03-2022, 14:50. Разместил: admin44 |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xidmət mərkəzlərində onlayn növbəni ləğv edib. "Məlum olduğu kimi, ölkədə koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlər çərçivəsində 2020-ci ilin mayından etibarən vergi ödəyicilərinə xidmət mərkəzlərində vətəndaşların qəbulu əvvəlcədən onlayn növbəyə yazılmaqla həyata keçirilib. Epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar nəzərə alınaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərinin işində dəyişiklik edilib. Belə ki, vergi ödəyiciləri martın 9-dan etibarən həmin mərkəzlərdə göstərilən xidmətlərdən, iş rejimi nəzərə alınmaqla, onlayn növbəyə yazılmadan istifadə edə bilərlər", - deyə Dövlət Vergi Xidməti bəyan edib. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |