Главная > İqtisadiyyat > Masallıda yazlıq bitkilərin əkininə başlanılıb

Masallıda yazlıq bitkilərin əkininə başlanılıb


10-03-2022, 18:40. Разместил: admin44

Masallı rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1182 hektar sahədə yazlıq əkin həyata keçiriblər.

Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, məhsul istehsalçıları indiyədək 1182 hektar əkin aparılmış bunun da 804 hektarda kartof, 121 hektar paxla, 257 hektarda tərəvəz(2 hektar kələm, 9 hektar xiyar, 52 hektar soğan, 65 hektar sarımsağ, 129 hektar sair tərəvəz) bitkiləri əkib,
Eyni zamanda, hazırda rayonun taxılçılıq təsərrüfatlarında əkin sahələrinə aqrotexniki qulluq işləri də davam etdirilir, sahələrə yemləmə gübrəsi verilir, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад