Главная > İqtisadiyyat > Mahmudavarda ağacəkmə aksiyası

Mahmudavarda ağacəkmə aksiyası


15-03-2022, 09:02. Разместил: admin44

Ötən şənbə günü Mahmudavarda ağacəkmə aksiyası keçirilmişdir. Kənd ərazi nümayəndəliyi və bələdiyyənin təşkilatçılığı ilə keçirilən aksiyada sakinlər, ziyalılar, səhiyyə işçiləri iştirak etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev Mahmudavar kəndindən xəbər verir ki, aksiya zamanı kəndin mərkəzində yerləşən futbol və voleybol meydançalarının ətrafında 100 ədəddən çox küknar tingi əkilmişdir. Ağacların mühafızəsi üçün ətrafına dəmir torlar çəkilmişdir.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад