Главная > İqtisadiyyat > Ərkivan qəsəbəsində uşaq bağçasının tikintisi sürətlə davam edir

Ərkivan qəsəbəsində uşaq bağçasının tikintisi sürətlə davam edir


29-03-2022, 09:43. Разместил: admin44

Masallı rayonunun Ərkivan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi həyatında əldə edilən uğurlar hər bir bölgədə olduğu kimi Masallının həyatında da öz əksini tapmaqdadır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında şəhər, kənd və qəsəbə ərazilərində irimiqyaslı layihələrin icrası, abadlıq-quruculuq işləri davam etdirilir. Həmçinin məşğulluq səviyyəsinin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Ölkəmizdə uşaqlara qayğı həmişə ön plandadır. Bu məqsədlə hər il onlarca uşaq-tərbiyə müəssisəsi tikilir. Bu il Masallıda da 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi və ya əsaslı təmir olunması nəzərdə tutulmuşdur. Bu sahədə artıq ilk addım atılıb. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən "Yeni həyat" qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, Masallı rayonunun Ərkivan qəsəbəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə 10 may 2021-ci il tarixdən başlanmışdır. İkimərtəbəli bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır. Artıq yeni obyektin birinci və ikinci mərtəbələrində hörgü işləri yekunlaşmışmışdır.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад