Главная > İqtisadiyyat > Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində növbəti regional təlimlərə başlanılıb
Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində növbəti regional təlimlərə başlanılıb30-12-2017, 15:28. Разместил: yeni321 |
Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində növbəti regional təlimlərə başlanılıb Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) üçüncü mərhələsinə hazırlıq məqsədilə regional təlimlərə başlayıb. Nazirlikdən bildiriblər ki, təlimlər dekabrın 25-dən başlayaraq yanvarın 6-dək Masallı, İsmayıllı, Göygöl, Sabirabad, Bərdə rayonlarını və Naxçıvanı əhatə edəcək. Məqsəd AzKİL çərçivəsində sublayihələr seçərkən və təsdiqləyərkən Dünya Bankının sadiq qaldığı prinsiplərlə kənd icmalarını tanış etməkdir. Azərbaycan Kənd İnvestisiya Layihəsində birbaşa ekoloji problemlərin həllinə yönəlmiş sublayihələrin həyata keçirilməsi gözlənilməsə də, yolların, su xətlərinin çəkilməsi, icmalara məxsus müxtəlif obyektlərin təmiri və tikintisi, təsərrüfatların yaradılması və inkişafının dəstəklənməsi kimi layihələr reallaşdırılır və bu layihələrin ətraf mühitə təsiri mütləq nəzərə alınır. Layihənin “Ekoloji və sosial idarəetmə üzrə çərçivə sənədi” təklif edilən kiçik icma layihələrinin ekoloji qiymətləndirilməsinin aparılması, Azərbaycanda mövcud ekoloji-normativ aktlara uyğun olması, sosial və sosial-iqtisadi qiymətləndirmə, gəlir gətirən sahələrə diqqətin artırılması, ictimai iştirak, informasiya şəffaflığı kimi tələblərə malikdir. Uşaq əməyinin qadağan olunması, mədəni irsin, təbii mənzərələrin qorunması, tullantıların düzgün zərərsizləşdirilməsi, insan sağlamlığının, şəxsi mülkiyyətin qorunması və bir çox başqa tələblər sənəddə yer alıb, qarşıya çıxacaq problemlərin həlli yolları göstərilib. Azərbaycan Kənd İnvestisiya Layihəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin icra etdiyi üç iri beynəlxalq layihədən biridir. İndiyədək layihə çərçivəsində 3,5 milyon kəndlinin faydalandığı 2000 sublayihə icra olunub. Dövlət Xidməti, həmçinin Dünya Bankı ilə “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” və İslam İnkişaf Bankı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) birgə “Kənd Yerlərinin Kompleks İnkişafı” layihələrini də icra edir. Вернуться назад |