Главная > İqtisadiyyat > Masallıda barama mövsümü başladı
Masallıda barama mövsümü başladı5-05-2022, 17:05. Разместил: admin44 |
Masallı rayonunda hər il olduğu kimi, 2022-ci ildə də baramaçılığın müvəffəqiyyətlə yerinə yetiriləcəyi proqnozlaşdırılır. Bu məqsədlə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun rəhbərliyi və tapşırığı əsasında rayonda barama istehsalının artırılması üçün lazımi tədbirlər həyata keçirilib. RİH-də keçirilən müşavirələrdə dəfələrlə qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama «Azəripək» MMC tərəfindən təhvil alınır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir. Masallıda barama mövsümünün başlanması münasibətilə kümçülərə barama qurdlarının paylanılmasına start verilib və bu iş qısa vaxtda başa çatdırılıb. Masallı DAİM-dən verilən məlumata görə cari ilin məhsulu üçün 132 qutu ipəkqurdu kümdarlara paylanılıb. Onu da xüsusi vurğulamaq lazımdır ki, baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsərrüfatın bu sahəsinə uzun illərdən sonra bərpası sayəsində həyata keçirdiyi kompleks tədbirlər, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. "Yeni həyat" qəzeti, www.yeniheyet.az @ Вернуться назад |