Главная > İqtisadiyyat / Manşet > MASALLIDA TİKİNTİ

MASALLIDA TİKİNTİ


23-05-2022, 20:01. Разместил: admin44

2022-ci ilin yanvar-mart aylarında 25261,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 3411,1 min manatı dövlət mülkiyyətinin, 21850,0 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Bütün maliyyə mənbələrindən əsas kapitala 26261,1 min manat investisiya yönəldilmişdir. Yönəldilmiş investisiyanın 4411,1 min manatı dövlət, 21850,0 min manatı qeyri-dövlət mülkiyyətinin payına düşür. Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, Bu investisiyadan 21759,6 min manatı tikinti quraşdırma işlərində istifadə edilmişdir. İnvestisiyanın isə 1002,1 min manatını dövlət, 20757,5 min manatını qeyri-dövlət mülkiyyəti təşkil edir.

2022-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatının əsas sahələrindən olan tikinti bölməsində fəaliyyət göstərmiş tikinti müəssisələri tərəfindən öz gücləri ilə 603,7 min manat və ya əvvəlki ilin müvafiq dövründən 19,9 faiz çox tikinti işləri yerinə yetirilmişdir. Yerinə yetirilmiş tikinti  işlərinin 293,5 min manatı və ya 81,7 faizini dövlət mülkiyyəti, 110,2 min manatı və ya 18,3 faizini isə qeyri dövlət mülkiyyəti hesabına olmuşdur.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад